Ru
22:45 / 27 Avqust 2025

"Qarabağ"dan növbəti möhtəşəm QƏLƏBƏ

"Qarabağ"dan növbəti möhtəşəm QƏLƏBƏ
Eye

20:46

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu start götürüb.


Bakupost.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
***

"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabda irəli çıxıblar.

14-cü dəqiqədə Qabriel Kaniçovskiy fərqlənib.

***

25-ci dəqiqədə Andrade hesabı bərabərləşdirib: 1 - 1
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda üçüncü qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.

45-ci dəqiqədə Abdullah Zubir diqqət mərkəzinə düşüb.
***

55-ci dəqiqədə Barnabas Varqa kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
***
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıda “Ferentsvaroş”la üz-üzə gəlib.

Görüş saat 20:45-də start götürüb.

Gərgin keçən qarşılaşmada qapılara 5 top vurulub. Oyun qonaqların 3:2 hesablı qələbəsi iləbaşa çatsa da, ümumi hesabda üstün olan "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Qarabağ” ilk oyunda rəqibini 3:1 hesabıyla məğlub edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar