Ru
22:57 / 27 Avqust 2025

Zelenski ABŞ-yə nümayəndə heyəti göndərəcək

Zelenski ABŞ-yə nümayəndə heyəti göndərəcək
Eye

Ukrayna Prezidenti Volodomir Zelenski bu həftə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar aparmaq üçün ABŞ-yə nümayəndə heyəti göndərəcək.

Bakupost.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov daxil olacaq.

Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi qaldırılacaq, həmçinin Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında gələcək mümkün görüş müzakirə olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar