Türkiyəli aktyor Burak Sergen “Kuruluş Osman” serialında rol alacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, yeni sezonda serialın heyətinə qoşulan Burak Sergenin hansı rolu canlandıracağı sürpriz saxlanılıb.
Məlumata görə, hazırda Türkiyə sərhədlərindən kənarda da özünə böyük izləyici auditoiyası toplayan serialın yeni bölümlərinin çəkilişləri davam edir.
Xatırladaq ki, ötən ay məşhur aktyor Burak Özçivit “Kuruluş Osman” serialından ayrılıb.