Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
Bakupost.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın nüfuzlu "interpressnews.ge", "palitranews.ge", "aktual.ge", "resonancedaily.com", "24news.ge" informasiya portalları və "1tv.ge" televiziya kanalı Azərbaycan Prezidentinin müsahibəsindən materiallar hazırlayıb.
Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın siyasi kursu, sülh siyasəti, "dərin dövlət"in fəaliyyəti, Zəngəzur dəhlizi, İran Prezidentinin açıqlamaları, eləcə də Azərbaycana aid təyyarənin vurulması ilə bağlı fikirləri geniş yer alıb.