Ru
19:24 / 27 Avqust 2025

Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək - KİV

Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək - KİV
Eye

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri 11-25 sentyabr tarixlərində genişmiqyaslı "Resolute Dragon" manevrləri zamanı Yaponiyanın Yamaquti prefekturasındakı ABŞ Dəniz Piyadaları Korpusunun İvakuni bazasında "Typhon" orta mənzilli raket komplekslərinin yerləşdirilməsi üzrə təlimlər keçirəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi mənbələrə istinadən bildirib.

"Typhon" kompleksləri Yaponiya ərazisində ilk dəfə yerləşdiriləcək. Təlimlər başa çatdıqdan sonra onların İvakuni bazasından çıxarılması planlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar