Ru
20:09 / 27 Avqust 2025

ABŞ-də katolik məktəbində atışma: Ölən və yaralananlar var

ABŞ-də katolik məktəbində atışma: Ölən və yaralananlar var
Eye

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki “Annunciation” katolik məktəbində atışma baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə “NBC News”məlumat yayıb.

Minneapolis meri Ceykob Frey bildirib ki, hadisə yerinə təcili yardım qrupu göndərilib.

Minneapolis Polis Departamenti isə katolik məktəbindəki insident zamanı 3 nəfərin öldüyünü, 20 nəfərin isə yaralandığını açıqlayıb.

Atışmada şübhəli bilinən şəxsin intihar etdiyi bildirilir.

Hadisəyə ABŞ Prezidenti Donald Tramp da reaksiya verib.

Tramp Ağ Evin bu dəhşətli hadisəni izləməyə davam edəcəyini bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar