Ru
18:14 / 22 Avqust 2026

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək

Almaniyadan Ukraynaya  50 milyonluq dəstək
Eye

Almaniya Ukraynaya humanitar yardım çərçivəsində əlavə 50 milyon avro ayırmağa hazır olduğunu bəyan edib.

“Bakupost” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful məlumat verib.

Sözügedən vəsait birbaşa cəbhə xəttinə yaxın ərazilərdə təcili yardım göstərən təşkilatlara yönəldiləcək. Almaniyalı diplomatın sözlərinə görə, Berlin indidən Ukraynanın qış mövsümünə hazırlığına dəstək vermək üçün intensiv iş aparır.

Xatırladaq ki, bundan əvvəl Almaniya hakimiyyətinin Ukraynaya yardımları davam etdirmək naminə 2027-ci ildə əhali üçün vergi yükünü artırmağı və sosial xərclər büdcəsini ixtisar etməyi planlaşdırdığı bildirilirdi. Ölkənin yeni büdcə layihəsində müdafiə xərclərinin kəskin artırılması – 2026-cı ildəki 82.2 milyard avrodan 2027-ci ildə 109.7 milyard avroya çatdırılması nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar