Ru
11:38 / 26 İyul 2022

"AMEA-nın digər qapısı da var, işçilər oradan çıxıb gedirlər” - AzTV-yə cavab

5985
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Televiziyasının (AzTV) qurumun fəaliyyəti barədə hazırladığı tənqidi süjetə münasibət bildirib.


Bakupost.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva Oxu.Az-a bildirib ki, elm müəssisəsində iş qrafiki fərqli ola bilər:


“Bura avadanlıq hazırlayan zavod deyil ki, standart saatda işdə olasan. Yəni AMEA-nın iş qrafikini zavodla eyniləşdirmək olmaz. “Mən 15 dəqiqədir buradayam, insanlar çıxmadı, işə gəlmir, işləmir” kimi fikirləri səsləndirməyi doğru hesab etmirəm. İşçilərdən kimsə deməyib ki, biz bu saatda getmişik. Nəyisə deyəndə faktlar olmalıdır. Bura elmi ocağıdır və iş qrafiki fərqlidir”.


O qeyd edib ki, hazırda AMEA əməkdaşlarının əksəriyyəti məzuniyyətdədir:


“Binanın digər qapısı da var. İşçilər oradan da çıxıb gedirlər”.


Şərhlər
  • Rəhim

    AMEA yaxşı-pis bu günədək mənim nəzərimdə bir elm ocağı kimi idi, ancaq indi təmiz gözümdən düşdü. Belə ki, 10-15 işçisi olan adi bir firma və ya bir sexdə görürsən 3-5 adam girib-çıxır, Burada isə zülmət qaranlıq işdən əsər-əlamət yoxdür, inanın ki, qəbirastanlığa gedirsən ziyarətə və ya səliqə yaratmağa, ağac-gül sulamağa baxırsan mollalar sıraynan düzülüb, müştəri güdür, gülsatanlar həmçinin, fəhlələr, ziyarətə gələnlər və s. və i., yəni müəyyən canlanma, ins-cins var, AMEA-da elə bil heç kəs yoxdür, nə isə..........

  • t.ədalət

    Elmlər akademiyasında alimdən çox rus casusları var.Onları seçib təqaüdə göndərmək lazımdır.Xüsusilə,ədəbiyyat və tarix insitutlarında kəşfiyyatçıların sayı daha çoxdur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər