ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Naziri (HHS) Robert F. Kennedi (kiçik) Florida ştatındakı çimərlik evinin verandasından çılpaq əlləri ilə iki zəhərsiz Qara yarışçı (Black Racer) ilanı tutaraq kənarlaşdırıb.
Bakupost.az xəbər verir ki, o, həmin anın görüntülərini X səhifəsində paylaşıb.
İlanlar bir-birinə dolaşmış və cütləşən vəziyyətdə olub. Kennedinin həyat yoldaşı, aktrisa Şeril Heyns onun bu hərəkətinə təəccüblənib və ondan ilanlara toxunmamasını xahiş edib.
Robert Kennedi bu prosesin görüntüsünü paylaşdıqdan sonra yayılan kadrlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Cheryl cheerleads the removal of a pair of Black Racers from Dr Oz's patio. pic.twitter.com/A0iiRzOeIF
— Robert F. Kennedy Jr (@RobertKennedyJr) May 26, 2026