Ru
10:05 / 04 Sentyabr 2025

Amerikalılar Zəngəzur dəhlizini müzakirə üçün Ermənistana gedəcəklər

Amerikalılar Zəngəzur dəhlizini müzakirə üçün Ermənistana gedəcəklər
Eye

ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizinin detallarını müzakirə üçün Ermənistana gedəcəklər
Növbəti həftə ABŞ-nin müxtəlif dairələrindən olan nümayəndələr "Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər.

Bakupost.az xəbər verir ki, bu barədə erməni qəzeti "Joqovurd" mənbələrə istinadən yazır.

Qəzetin məlumatına görə, amerikalı nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq.

"Hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə məlumat vermirlər. Lakin müzakirələr qapalı formatda keçiriləcək, qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq", - məlumatda bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar