Ru
18:54 / 05 Avqust 2024

Anar Bayramov Yalçın Niftiyevə vəzifə verdi - FOTO

Anar Bayramov Yalçın Niftiyevə vəzifə verdi - FOTO
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov yaxın dostunu çalışdığı qurumda vəzifəyə təyin edib.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Anar Bayramovun müvafiq əmri ilə Niftiyev Yalçın Sakit oğlu agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri təyin edilib.

Qeyd edək ki, bu ilin iyun ayında Yalçın Niftiyev 2012-ci ildən çalışdığı "A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov "A-Qroup Sığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür və uzun illər bu şirkətin sədri vəzifəsində çalışıb.

Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar