Ru
11:10 / 12 Fevral 2026

Anası tərəfindən imtina edilən körpənin son durumu

Anası tərəfindən imtina edilən körpənin son durumu
Eye

Gəncədə anası tərəfindən imtina olunan 40 günlük körpənin vəziyyəti açıqlanıb.


Bakupost.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 10-u saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub.

Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, anası 40 günlük körpəni Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar