Məşhur Hollivud aktrisası Ancelina Coli ABŞ-ni tərk etməyi planlaşdırır.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Page Six nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, aktrisa azyaşlı övladları yetkinlik yaşına çatdıqdan sonra ölkədən köçəcək. Bildirilir ki, Coli artıq xaricdə müxtəlif ölkələri yaşayış üçün dəyərləndirir və Los-Ancelesdən ayrılacağı günü gözləyir.
Qeyd edək ki, Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin altı övladı var. Qəyyumluq razılaşmasına görə, o, uşaqları böyüyənədək ABŞ-də qalmalı idi.
Aktrisa daha əvvəl "The Hollywood Reporter" jurnalına müsahibəsində vaxtının böyük hissəsini Cambodiada keçirmək istədiyini açıqlamışdı. O, həmçinin ölkəsindəki mövcud ictimai-siyasi vəziyyəti tənqid edərək “Ölkəmi sevirəm, amma hazırda onu tanımıram” demişdi.