UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununda "Qarabağ"ın heyətində ciddi itki baş verib.
Bakupost.az xəbər verir ki, matçın 22-ci dəqiqəsində müdafiəçi Bəhlul Mustafazadə zədələnərək meydanı tərk etməli olub. Onun yerinə meydana Dani Bolt daxil olub.
Qeyd edək ki, qarşılaşma hazırda davam edir və "Nyukasl" 5-0 hesabı ilə öndədir.