“Apple” şirkəti yüksək görüntü keyfiyyəti təqdim edən OLED ekranlı və toxunma funksiyalı yeni “MacBook Pro” modellərini təqdim edib.
“Bakupost” xəbər verir ki, 14 və 16 düymlük ekranlarla təklif olunan noutbuklar “M5 Pro” və “M5 Max” prosessorları, eləcə də “Dynamic Island” funksiyası ilə təchiz olunub.
14 düymlük modelin başlanğıc qiyməti 2 899 dollar, 16 düymlük versiyanın qiyməti isə 3 399 dollardır.
“Apple” təxminən 20 il ərzində noutbuklarda toxunma ekranı texnologiyasına qarşı məsafəli mövqe tutub. Yeni modellərlə şirkət bu yanaşmasını dəyişib.
Vüsalə Hüseynova,
BakuPost