Rusiyalılar Apple şirkətinin Hindistandan Rusiyaya cihaz ixracına qoyduğu məhdudiyyətlər səbəbindən iPhone çatışmazlığı ilə qarşılaşmayacaqlar.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Sənaye və Ticarət Komitəsi sədrinin birinci müavini Aleksandr Kozlovski Gazeta.Ru-ya bildirib.
O deyib ki, çoxsaylı başqa təchizat kanalları da mövcuddur:
""Apple" şirkətinin Hindistan mağazalarını cihazları digər ölkələrə göndərdiyinə görə cərimələr ilə hədələməsi barədə məlumat var. Bu halda, çox güman ki, söhbət Rusiyadan gedir, baxmayaraq ki, bu, rəsmi olaraq təsdiqlənməyib. Rusiyaya təchizat yalnız Hindistanla məhdudlaşmır. Çoxsaylı başqa kanallar da var və Hindistan paralel idxal zəncirində yalnız bir mümkün halqadır. Onlarla belə ölkə var. Rusiya bazarı həmçinin əvvəlcə Şimali Amerika, Avropa, Asiya və Latın Amerikası üçün nəzərdə tutulmuş smartfonlar təklif edir. Buna görə də, mənim fikrimcə, tədarükü tamamilə dayandırmaq bu gün demək olar ki, mümkün deyil."
Zaur, BakuPost