Ru
09:47 / 29 İyun 2026

Aqşin Yenisey inancını ixtisasından üstün tutan ziyalıları təhqir etdi

Aqşin Yenisey inancını ixtisasından üstün tutan ziyalıları təhqir etdi
Eye

Yazıçı və şair Aqşin Yenisey sosial şəbəkədə paylaşdığı fikirlərlə növbəti dəfə müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, o, dini inancını peşə və elmi biliklərindən üstün tutan təhsilli insanları sərt tənqid edib.

“Öz inancında psixoloji sakitlik tapan sıravi insanlar neandertalların zamanında da olub, indi də var, gələcəkdə də olacaq. Ancaq hansısa ixtisasa yiyələnib özünü oxumuş, savadlı zənn edən, eyni zamanda inancına hörmət olunması uğrunda saçını-başını yolan həkimlərə, müəllimlərə, professorlara, yazarlara və s. universitet diplomuyla silahlanmış şəxslərə bunu bağışlamaq günah olar”, – deyə o bildirib.

A.Yenisey qeyd edib ki, tarix boyu bütün böyük dinlərin peyğəmbərləri öz dövrlərinin hakim dini inanclarına qarşı çıxıblar. Onun fikrincə, bu gün öz inancına hörmət tələb edən insanlar unutmamalıdırlar ki, onların qəbul etdiyi dinlər də vaxtilə əvvəlki inancları tənqid edərək yaranıb.

Yazıçı daha sonra inancın məntiq və elmi sübutlarla deyil, iman üzərində qurulduğunu iddia edib.

“Bizim inancını ixtisasından üstün tutan həkimlər, müəllimlər, professorlar, yazarlar və s. diplomlu neandertallar öz inanclarının yaranma tarixinə baxsınlar. Əgər peyğəmbərlər özlərindən əvvəlkilərin min illik inanclarına hörmətlə yanaşsaydılar, bu gün onlar bütpərəst olmayacaqdılarmı?” – deyə Aqşin Yenisey paylaşımında vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar