Bakıya uçuşları təhdid edən böhran aradan qaldırılandan sonra İsrailin “Arkia” aviaşirkəti sabahdan (28 oktyabr) etibarən Bakıya uçuşları bərpa edir.
Bakupost.az xəbər verir ki, İsrailin təhlükəsizlik orqanlarının, xüsusilə “Ofek”in rəhbərliyi ilə aparılan geniş səylər nəticəsində “Arkia” Bakıya uçuş marşrutunun bərpası üçün rəsmi təsdiq alıb.
Reyslər həftədə üç dəfə – çərşənbə axşamı, çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Bilet qiymətləri isə bir istiqamət üzrə 125 dollardan başlayacaq.
Şirkətin baş icraçı direktoru Oz Berlovits bildirib ki, “‘Ofek’in böyük səyləri nəticəsində yaranmış gecikmə aradan qaldırılıb və israillilər üçün Bakı marşrutunda uçuşları yenidən başladırıq. Bu mühüm istiqamətin bərpasını mümkün etdiyinə görə, “Ofek”ə və onun rəhbəri cənab Meni Duanisinə təşəkkürümü bildirirəm”.