Ru
13:42 / 09 Dekabr 2019

Arvadının başını kəsən şəxs MƏHKƏMƏ QARŞISINDA

1530
Qəbələdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Cəsarət İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuPost.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.


Qeyd edək ki, hadisə bu il rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb. Bildirilib ki, qətl qısqanclıq zəminində baş verib.

C. İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər