Ru
14:29 / 19 Sentyabr 2019

Arvadının başını kəsənə hökm oxundu - 9 il

1686

Arvadını öldürən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.



BakuPost-un
məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən T.Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.



Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib.



Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.



Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.



Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər