Ru
12:56 / 26 Noyabr 2025

Astanada Türk Dünyasının İncəsənət Muzeyi açıldı - FOTO

Astanada Türk Dünyasının İncəsənət Muzeyi açıldı  - FOTO
Eye

Qazaxıstanın paytaxtında Astana şəhər Akimliyi , Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində İncəsənət Muzeyinin təntənəli açılış mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, mərasimdə türk dünyasının zəngin musiqi və sənət irsini əks etdirən eksponatlar, interaktiv guşələr və nadir kolleksiyalar ilk dəfə olaraq ictimaiyyətə təqdim olunub.
Açılış çərçivəsində dünya şöhrətli ustad sənətkarlar tərəfindən hazırlanmış musiqi alətlərinin Rəsmi Təhvil-təslim mərasimi olub. Əsrlərin ənənəsini müasir ustalıqla birləşdirən bu alətlər türk musiqi mədəniyyətinin müxtəliflik və zənginliyini nümayiş etdirən unikal sənət nümunələri kimi dəyərləndirilib.

Tədbirin davamında “Türk Musiqi Alətləri Sərgisi”nin qırmızı lenti kəsilib. Nümayiş etdirilən eksponatlar türk xalqlarının musiqi aləti hazırlığına dair tarixi, etnoqrafik və estetik məlumatlar da həm elmi, həm də vizual baxımdan ziyarətçilərdə geniş təsəvvür yaradıb.
Günün proqramında həmçinin türk dünyasının tanınmış ustaları tərəfindən təşkil olunan ustad dərsləri də yer alıb. Master-klaslar zamanı iştirakçılara alətlərin hazırlanma prosesinin incəlikləri, ifa xüsusiyyətləri və ənənəvi texnikaların qorunması ilə bağlı praktiki biliklər təqdim edilib.
Tədbir türk dünyasının musiqi irsinin qorunması və təbliği istiqamətində Türk Mədəniyyəti və İrsi Fondunun ardıcıl səylərinin və tərəfdaş qurumlarla birgə əməkdaşlığının növbəti mühüm nəticəsi kimi dəyərləndirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar