Ru
15:44 / 01 Dekabr 2021

ATV-nin verilişinə çıxan qızı əri öldürdü - VİDEO

20871

ATV-nin "Bizimləsən" proqramında anasından imtina edən qız qətlə yetirilib.


Bakupost.az xəbər verir ki, proqramların birində Ləman adlı qızın axtarışına gələn ana telefon zəngiylə şoka düşmüşdü. Ləman adlı xanım, ərinin yanında olduğunu və ailəsindən imtina etdiyini bildirmişdi. O qeyd etmişdi ki, zamanında problem olanda anası onu ciddiyə almamışdı və artıq çox gecdir.

Aparıcı Zaur Baxşəliyev 30 noyabr tarixində yayımlanan "Bizimləsən" proqramında isə dəhşətli xəbəri izləyicilərə çatdırdı. Ləman adlı xanım əri tərəfindən başı kəsilərək qətlə yetirilib. Hadisədən sonra isə polisə gedərək təslim olub. Hadisə barədə araşdırmalar gedir.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər