Ru
11:09 / 03 Oktyabr 2019

"Avatar" filmindəki əsas roldan imtina etdiyi üçün 300 milyon dollar itirdi

2931

Amerikalı aktyor Matt Damon , Ceyms Kameronun "Avatar" filmindəki əsas rolda oynamaqdan imtina etdiyi üçün 300 milyon dollar itirdiyini etiraf edib.


BakuPost xəbər verir ki, bu barədə GQ jurnalında məlumat dərc olunub. Sənətçiyə əsas rolu oynamaq təklif edilməklə yanaşı, ona kassanın on faizi vəd edilmişdi ki, bu rəqəm təxminən 2,79 milyard dollar idi.
Damon, "Rejissor bu layihə üçün məşhur aktyor axtarmırdı. Ona görə də Cameron, əgər imtina etsəm bu rol üçün başqa bir namizəd tapacağını söylədi" deyə bildirib.

Digər aktyorlardan daha çox pul itirdiyini etiraf edən Damon bu filmdən imtina etdiyi üçün peşman olmadığını da qeyd edib. O bildirib ki: “Ola bilər ki, bu filmdən imtina etdiyim üçün onunla işləməkdən özümü məhrum etmiş oldum. Amma o qədər də peşmançılıq yoxdur. Ən azından uşaqlarım ac deyil mən yaxşıyam”.

Xatırladaq ki 2009- cu ildə ekran üzü görən “Avatar”ın ümumi büdcəsi 237 milyon dollar olsa da, film dünyada 2.7 milyard dollardan çox qazanlb.




Günel
BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər