Ru
17:17 / 07 Sentyabr 2026

Avtobuslarda ödəniş sistemi dəyişdirilir: Nə qədər ödəyəcəyik? – YENİLİK

Avtobuslarda ödəniş sistemi dəyişdirilir:  Nə qədər ödəyəcəyik? – YENİLİK
Eye

“Azərbaycanda sərnişin avtobusları üçün tətbiqinə başlanılan “brutto müqavilə” modelinin ictimai nəqliyyatın keyfiyyətinə təsiri müəyyən müddət keçdikdən sonra qiymətləndirilə bilər”.

Bunu “BakuPost”a iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, yeni sistemin nəticələrini dəyərləndirmək üçün ən azı iki ay gözləmək lazımdır.


Onun sözlərinə görə, Azərbaycanda avtobus sisteminin böyük hissəsi “BakuBus”ın nəzarətindədir və şirkət dövlət müəssisəsi olduğu üçün dövlət tərəfindən maliyyələşdirilir.

Ekspert qeyd edib ki, “brutto müqavilə” modeli bir sıra ölkələrdə də tətbiq olunur. Lakin həmin ölkələrdə bu cür müqavilələri əsasən bələdiyyələr bağlayır və avtobus xidmətləri onların səlahiyyətində olur.

N.Cəfərli bildirib ki, Azərbaycanda sistemin necə işləyəcəyi və hansı nəticələr verəcəyi yalnız müəyyən müddət keçdikdən sonra məlum olacaq.

Qeyd edək ki, “brutto müqavilə” modelində daşıyıcılara sərnişin sayından asılı olmayaraq, qət etdikləri məsafəyə və xidmətin keyfiyyətinə görə ödəniş edilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
  • Ramin

    Nagillar alemine seyahet ????

  • Vahid

    Bu dovlet milletin dovlet deyil Bu dovlet korupsiyaner dovletidir. Cibkir dovletdir milletin qanlna sucuyan dovletdir

  • Naməlum

    Milləti dolamısız ee her şey qalxır bir yaşayış səviyyəsi maaşlardan başqa. Gözünüzü torpağ doydursun şərəfsiz yığını ????????????haqqımızı yeyənlər qan qusasız inşallah

  • Kamil

    Əslində avtobuslarda müəyyən qədər sərnişin limiti olsaydı dediyiniz olardı,fakt odur ki elə deyil limit olsa belə avtobus tam dolu olur hətta yenə əlavə sərnişin qəbul edirlər sürücülər,buna uyğun iş görülərsə doğru olar

  • Yavuz Eyyubov

    Onsuz da sizə heç kim inanmır.

  • Soni

    Heç nə olan deyil. Heç bir güzəşt olmayacaq. Başımızı aldatmayın.

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar