Ru
13:31 / 06 Mart 2026

Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi

Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi
Eye

Hazırda Rusiyada olan Müğənni Afət Həsənovanın (Fərmanqızı) barəsində cinayət işi üzrə icraatın müvəqqəti dayandırılması ilə bağlı şikayətə Ali Məhkəmədə baxılıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün keçirilən prosesdə ifaçını onun vəkili Fuad İskəndərov təmsil edib.

Ali Məhkəmə Afət Həsənovanın şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Afət Həsənova barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayəti onun həmkarı Vəfa Şərifova verib. Lakin Afət Həsənova Azərbaycanda olmadığı və məhkəmələrdə dəfələrlə iştirak etmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan edilib. Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar