Ru
22:58 / 06 Oktyabr 2020

Ayaqqabısı olmayan ahıl kişi son pulunu orduya bağışladı - FOTO

3518
"Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum. Dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm. 180 manat pulum var, bunu onlara vermək istəyirəm".

"BakuPost" bildirir ki, bu sözləri ASAN Xidmət işçilərindən Orxan Cəfərov "Facebook" hesabında yazıb. Qeyd edib ki, bu sözlərdən sonra donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxırdım. Qayıtdı ki, azdı? Dedim, "ay baba, sənin ürəyinə qurban olum. Az deyil, dünya qədərdi bu...

Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı. Hər iki ayaqqabısı ortadan bölünmüşdü. Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb, əsgər balalarına ianə göndərirdi. Sonda "Əsgərə məktub" da yazıb getdi. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər