İstanbulda Ayasofya məscidində yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Ekol TV” məlumat yayıb.
Məlumata görə, hadisə məsciddə axşam namazından sonra baş verib.
Qırmızı papaqlı şəxs masalardan birinin yanında olan kağız yığınını alışdırıb. Yaxınlıqdakı qadın alovu vaxtında görərək imamı xəbərdar edib. İmamın müdaxiləsi nəticəsində xalça qaldırılaraq alov söndürülüb və yanğının genişlənməsinin qarşısı alınıb.
İstanbul polisi hadisədən bir neçə saat sonra şübhəli şəxs Mesut Güçlünü saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs daha əvvəl Bakırköy rayonundakı psixiatriya xəstəxanasında müalicə alıb.
Məhkəmə şübhəli şəxsi həbs edib.
Lalə,
BakuPost