Aygünə cavab: Aysel mahnısının DÜŞÜK sözlərini yaydı - VİDEO
323
Xalq artisti Aygün Kazımova “Epşteyn” olayından danışıb və öz fikirlərini bölüşüb.
Bakupost.az xəbər verir ki, xalq artisti “tam ayıldığımızı”, “karma elmində” heç nəyin gizli qalmadığını, “iki qüvvənin savaşının ömür boyu getdiyini” vurğulayıb.
A.Kazımova “tam ayıldığımız” deyərkən nəyi nəzərdə tutduğunu, ömür boyu savaşan “iki qüvvənin” nə olduğunu və yeni “karma elmi” haqda ətraflı məlumat verməyib.
Buna baxmayaraq, bu şeyləri bilib-ayılandan sonra bəzi məsələlərə diqqət etməli olduğumuzu vurğulayıb:
“Qidamıza, övladlarımıza, dinlədiyimiz musiqilərə, baxdığımız filmlərə, dinlədiyimiz musiqinin sözlərinə çox diqqət etməliyik. Kimin konsertinə gedirik, ekranda nələr göstərilir, şüuraltı bizə nə mesajlar göndərilir, əgər ayılmışıqsa, bunlara biganə qalmamalıyıq”.
Yazar Aysel Əlizadə isə Aygün Kazımovanın sözügedən açıqlamasının videosunu xalq artistinin ifa etdiyi “Abrakadabra” mahnısının sözləri ilə birgə paylaşıb. A.Əlizadə heç bir şərh vermədən paylaşımına yalnız bunu yazıb: “Və Aygün xanımın ifa etdiyi mahnının sözləri”.