Ru
16:39 / 21 Fevral 2026

Tehranda qanlı qarşıdurma: Tələbələr "Bəsic" qüvvələri ilə əlbəyaxa oldu - VİDEO

Tehranda qanlı qarşıdurma: Tələbələr "Bəsic" qüvvələri ilə əlbəyaxa oldu - VİDEO
Eye

İranın paytaxtı Tehranda gərginlik pik həddə çatıb.

Bakupost.az xəbər verir ki, Şərif Texnologiya Universitetində tələbələrin keçirdiyi dinc etiraz aksiyası rejim tərəfdarı olan "Bəsic" milis qüvvələrinin müdaxiləsindən sonra qanlı qarşıdurmaya çevrilib.

"Azadlıq" və "Şaha eşq olsun" şüarları

"İran International"-ın yaydığı məlumata görə, tələbələr mərkəzi meydanlarda toplaşaraq rejimin sütunlarını sarsıdan şüarlar səsləndiriblər. Nümayişçilər tərəfindən ucalan "Azadlıq!", "Ölüm olsun Xameneiyə!" və "Yaşasın Şah!" nidaları qarşıdurmanı daha da alovlandırıb.

Hadisə yerindən gələn xəbərlərə görə, "Bəsic" üzvləri nümayişçilərin qarşısını kəsməyə çalışarkən tərəflər arasında fiziki qarşıdurma yaranıb. Tələbələr rejim qüvvələrinə "əxlaqsızlar!" deyə qışqıraraq müqavimət göstəriblər.

Universitet şəhərciyində və ətraf küçələrdə vəziyyətin hələ də gərgin olduğu, təhlükəsizlik qüvvələrinin əraziyə əlavə qüvvələr cəlb etdiyi bildirilir. Bu hadisə İranda son günlər artan xalq narazılığının ən kəskin dalğalarından biri kimi qiymətləndirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar