Ru
16:53 / 21 Fevral 2026

“Ona sadiq qalmaq üçün həmişə çalışacağam” - Xalq şairi

“Ona sadiq qalmaq üçün həmişə çalışacağam” - Xalq şairi
Eye

“Bu yüksək ordeni ləyaqətlə daşımalıyam, daşıyacağam da”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir neçə gün öncə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mədəniyyətin inkişafındakı müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilən Xalq şairi Nəriman Həsənzadə deyib.

N. Həsənzadə mükafatlandırılması ilə bağlı təəssüratlarını belə ifadə edib:

“Yüksək ali mükafatı mənə təqdim etdiyi, məni yada saldığı üçün birinci növbədə Prezidentimə və onun ailəsinə minnətdaram. Bu, əvəzsiz, unudulmazdır. Onun həssas və diqqətli fikrinə sadiq qalmaq, unutmamaq üçün həmişə çalışacağam. Prezident mənim birinci alqışladığım, qiymət verdiyim və mənəviyyatına bağlandığım insandır. Bu mükafat daim fikrimdə, qəlbimdə və ruhumda yaşayacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar