Ru
17:47 / 21 Fevral 2026

Salyanda avtomobilin vurduğu FHN əməkdaşının vəziyyəti açıqlandı

Salyanda avtomobilin vurduğu FHN əməkdaşının vəziyyəti açıqlandı
Eye

Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobilin vurması nəticəsində xəsarət alan Fövqəladə Hallar Nazirliyinin əməkdaşının vəziyyəti açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a Salyan Rayon Mərkəzi Xəstəxanasının məlumat verilib.

Bildirilib ki, Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:

"1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar