ABŞ Prezidenti Donald Tramp "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldoya müraciət edib.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə özünün X hesabında yazıb.
Prezident müraciətində ulduz futbolçunu ABŞ-a dəvət edib:
"Ronaldo, sən ən böyüksən. Amerikada sənə ehtiyacımız var. Çantalarını yığ, sənə ən qısa zamanda ehtiyacımız var".
Qeyd edək ki, ötən ilin noyabrında Tramp Ağ Evdə Ronaldo ilə görüşmüşdü.