Ru
19:50 / 21 Fevral 2026

UEFA “Qarabağ”ı cəzalandırdı -SƏBƏB

UEFA “Qarabağ”ı cəzalandırdı -SƏBƏB
Eye

UEFA "Qarabağ” klubunu cəzalandırıb.

Bakupost.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın "Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda səsləndirilən şüarlara görə UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.

Qərara əsasən, Ağdam təmsilçisi "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və "ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.


QOL.az-ın əldə etdiyi xəbərə görə isə cəzaya səbəb azarkeşlərin "UEFA - mafiya” şüarı səsləndirməsi olub.


Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar