ABŞ kəşfiyyatı Çinin yeni nəsil nüvə silahları hazırladığını və son illərdə arsenalının modernləşdirilməsi ilə bağlı ən azı bir gizli sınaq keçirdiklərini ehtimal edir.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyat qiymətləndirmələri ilə tanış olan CNN məlumat verib.
Mənbələrə görə, ABŞ Çinin, xüsusən də mümkün Tayvan münaqişəsi zamanı istifadə edilə biləcəyi taktiki nüvə silahları hazırladığına inanır.
Çin səfirliyinin Vaşinqtondakı sözçüsü Lyu Penyu bildirib ki, ABŞ Çinin nüvə siyasətini təhrif edib.
"ABŞ-nin Çinin nüvə sınaqları keçirməsi ilə bağlı iddiaları tamamilə əsassızdır", - o deyib.