İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən genişmiqyaslı təlimlər zamanı "Səyyad-3" zenit raketinin dəniz versiyasını sınaqdan keçiriblər.
Bakupost.Az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
"İranın uzunmənzilli "Səyyad-3G" zenit raketinin dəniz versiyası SEPAH tərəfindən keçirilən hərbi təlimlər zamanı ilk dəfə uğurla sınaqdan keçirilib", - məlumatda deyilir.
Agentlik raketin "Hörmüz boğazının ağıllı idarə olunması" dəniz təlimi zamanı "Şəhid Səyyad Şirazi" hərbi gəmisindən atıldığını bildirib.