Ru
17:34 / 21 Fevral 2026

Azərbaycanlı bacı-qardaş Dünya Kubokunda FİNALA ÇIXDI

Azərbaycanlı bacı-qardaş Dünya Kubokunda FİNALA ÇIXDI
Eye

Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsi davam edir.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, batut gimnastikası üzrə fərdi yarışlarda iki azərbaycanlı idmançı finala vəsiqə qazanıb.

Gimnastikanın bu növü üzrə kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov, qadınlar arasında fərdi yarışlarda isə Selcan Mahsudova finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Maqsud və Selcan bacı-qardaşdır. Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final yarışları sabah keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar