Ru
15:50 / 21 Fevral 2026

FHN-in faciəvi şəkildə həlak olan əməkdaşı dəfn edildi - Foto

FHN-in faciəvi şəkildə həlak olan əməkdaşı dəfn edildi - Foto
Eye

Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyev Salyan rayonunun Şorkənd kəndində dəfn olunub.

Bakupost.az xəbər verir ki, dəfn mərasimində Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, mərhumun xidmət yoldaşları, ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, fövqəladə hallar orqanlarında 19 ilə yaxın iş təcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar, məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətini qazanıb. O, iştirak etdiyi çoxsaylı yanğınsöndürmə əməliyyatlarında cəsur və peşəkar yanğınsödürən kimi vəzifə borcunu layiqincə yerinə yetirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar