Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final görüşü başlayıb.
Bakupost.az xəbər verir ki, qarşılaşma Ştutqartdakı "MHP Arena" stadionunda keçirilir.
Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Entoni Teylor idarə edir.
***
Birinci hissə qolsuz bərabərliklə başa çatır.
***
İkinci hissə başladı.
***
İspaniya hesabı açır - 1:0
***
Almaniyadan bərabərlik qolu, 89-cu dəqiqədə Florian Virtz fərqlənir.
***
Əsas hissə 1:1 bitdi. Matçda əlavə hissələr oynanılacaq.
***
Əlavə olunmuş ilk hissə başladı.
***
Dani Karvahal 119-cu dəqiqədə hesabı 2:1 edir. İspaniya qalib gəlir.
***
Maçt başa çatdı