Ru
00:30 / 09 Aprel 2024

100 gün su altında qaldı - 22 yaş cavanlaşdı

4000
Alim doktor Cozef Dituri 9 kvadrat metrlik ərazidə 100 gün su altında qaldıqdan sonra bədən yaşının 22 il cavanlaşdığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdə çıxmış əməkdaşı olan Dituri bu addımıyla "Ginnesin Rekordlar kitabı"na düşüb.

Onun məqsədi təzyiqə məruz qaldıqdan sonra 100 gün su altında yaşayan insanın bədənində hansı dəyişikliklərin baş verəcəyini araşdırmaq olub. 2023-cü ilin mart ayında suyun altına düşən və iyun ayında ortaya çıxan Dituri suda qaldığı müddət ərzində tibbi ekspertlər və psixoloqlar tərəfindən daim nəzarətdə olub.

O, suda olmasına baxmayaraq suda qaldığı müddətdə tələbələrinə dərs deməyə davam edib və hətta suda təkhüceyrəli orqanizm aşkar edib. O, bu eksperimentindən sonra səhhətində müsbətə doğru irəliləyişlərin olduğunu deyib:

"Hazırda 56 yaşım var, bioloji yaşım isə 44 idi. Sudan çıxanda fiziki yaşım 34-ə düşdü. Yəni öz yaşımdan 22 yaş cavanlaşdım”.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər