Ru
15:04 / 07 İyun 2025

17 il əvvəl qəzaya düşən mayora şəhid statusu verildi

17 il əvvəl qəzaya düşən mayora şəhid statusu verildi
Eye

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Rövşən Akif oğlu Abbasova şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub.

Bakupost.az "Trend"ə istinadən xəbər verir ki, mərhum 1997-ci ildən 2007-ci ilin aprel ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan bir neçə hərbi hissədə zabit rütbələrində kəşfiyyatçı vəzifələrində xidmət edib.

Son vəzifəsi "N" saylı hərbi hissənin qərargah rəisi olub və komandirin vəzifəsini icra edib. 22 noyabr 2006-cı ildə xidməti vəzifəsinin icrası zamanı, döyüş postunu yoxlayıb hərbi hissəsinə qayıdan zaman avtomobil qəzasına düşüb.

2006-cı ilin noyabr ayından 2007-ci ilin aprel ayınadək Mərkəzi Kilinik Hərbi Hospitalda komatoz vəziyyətdə müalicə alıb. Nəticədə birinci qrup əlillik təyin olunaraq istefaya buraxılıb.

Gəncə İnzibati Məhkəməsinin qərarı ilə mərhumun həyat yoldaşının iddiası təmin edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə R.Abbasova şəhid statusunun verilməsi tələbi qoyulub.

17 il əvvəl qəzaya düşən mayora şəhid statusu verildi
17 il əvvəl qəzaya düşən mayora şəhid statusu verildi
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar