Ru
20:37 / 07 İyun 2025

Mahirdən karyerasını harda davam etdirəcəyi ilə bağlı - Açıqlama

Mahirdən karyerasını harda davam etdirəcəyi ilə bağlı - Açıqlama
Eye

“Hazırda danışıqların yekunlaşmasını gözləyirəm. Amma agentlərdən də xahişim olub ki, indi millinin oyunlarına köklənmək istəyirəm, ondan sonra transfer məsələlərinə baxarıq”.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib.

“Nürnberq”dən ayrılan forvard yeni klub axtarışlarından danışıb: “Almaniyadan da, başqa ölkələrdən də təkliflər var. Amma Almaniyada qalmaq istəyərəm. Çünki ölkəni tanıyıram, insanları tanıyıram. Milli komandanın Macarıstanla oyunundan sonra bu məsələlərə aydınlıq gələcək”.

Qeyd edək ki, Mahir Emrelinin xidmətində Almaniya Bundesliqa təmsilçisi “Haydenhaym”, ikinci Bundesliqa təmsilçisi “Kauzerslauten” və Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar