Hazırda Ukraynanın Avropa Birliyinə qoşulmasının əleyhinəyəm.
Bakupost.az xəbər verir ki, bunu Polşanın yeni seçilmiş prezidenti Karol Navrotski bildirib.
"Hazırda mən Ukraynanın Avropa Birliyinə daxil olmasının əleyhinəyəm. Bilirəm ki, biz Ukraynanı strateji və geosiyasi baxımdan dəstəkləməliyik. Antikommunist kimi mənim fikrimcə, bütün region üçün ən böyük təhlükə Rusiya Federasiyasıdır. Bu, post-imperialist, neo-kriminal dövlətdir”, - Navrotski qeyd edib.