Ru
23:47 / 07 İyun 2025

Qırğızıstanın sabiq prezidenti Haaqa məhkəməsinə çıxarıla bilər

Qırğızıstanın sabiq prezidenti Haaqa məhkəməsinə çıxarıla bilər
Eye

Bişkek məhkəməsi tərəfindən Qırğızıstanın keçmiş prezidenti, qiyabi məhkum olunmuş Almazbek Atambayev bu hökmü respublika hakimiyyətinin təqibi adlandırıb.

Bakupost.az xəbər verir ki, sabiq dövlət başçısı ölkənin hazırkı rəhbərliyinə onun işinə Haaqa Beynəlxalq Cinayət Məhkəməsində (BCM) baxılmasını təklif edib.

"Mən şəxsən beynəlxalq məhkəməyə çıxmağa və mənə qarşı irəli sürülən bütün ittihamlara cavab verməyə hazıram - siyasidən tutmuş cinayətə qədər. Hökumət ədaləti rəhbər tutduğuna əmindirsə, beynəlxalq tribunaldan qorxmaq üçün heç bir əsası yoxdur. Əgər Haaqa məni təqsirli bilsə, o zaman mən istənilən müddətə dəmir barmaqlıqlar arxasında qalmağa hazıram", - Atambayev deyib.

O əlavə edib ki, bunun üçün Qırğızıstan Roma Əsasnaməsini ratifikasiya etməli, hazırkı hakimiyyət isə ölkənin Baş Prokurorluğuna BCM-ə müraciət etmək barədə göstəriş verməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar