Ru
21:00 / 07 İyun 2025

Valideynlərdən zinət əşyası aldığına görə cəzalandırılan müəllimə - Danışdı

Valideynlərdən zinət əşyası aldığına görə cəzalandırılan müəllimə - Danışdı
Eye

Tovuzda müəllimənin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, övladları Tovuzun Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan valideynlər həmin məktəbin müəlliməsi Günel Məmmədovanı müdafiə ediblər.

Müəllimənin barmağına üzük taxan valideynlər bildiriblər ki, sözügedən addımı onlar öz təşəbbüsləri ilə atıblar.

"Biz öz təşəbbüsümüzlə tədbir keçirmişik. Tədbirə müəllimi qonaq çağırmışıq. Ona çox da bahalı olmayan zinət əşyası almışıq. Müəllimin bundan xəbəri olmayıb", - deyə Elgün İbadova adlı valideyn bildirib.

Digər valideyn Ayşə Kərimova da deyib ki, hədiyyəni valideynlər özləri birlikdə alıblar.

Adıçəkilən müəllimə də iddialara cavab verib. O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valieynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib:

"Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim".

Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumata görə, Tovuzda valideynlərdən hədiyyə olaraq zinət əşyası tələb edən müəlliməyə töhmət verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar