Ru
09:59 / 14 İyun 2024

3 məşhur həkim istefa verdi – Tibb Universitetində nə baş verir?

3 məşhur həkim istefa verdi – Tibb Universitetində nə baş verir?
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) iki xəstəxanasının direktoru işdən azad olunub.

Bakupost.az –ın əldə etdiyi məlumata görə, Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev və Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov, hər ikisi vəzifəsindən istefa verib.

Bundan başqa, Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Fariz Camalov da istefa ərizəsini yazıb.

Onların istefa səbəbi hələlik məlum deyil.




Fotoda: Cəmil İskəndərov


Qeyd edək ki, ATU Tədris Cərrahiyyə Klinikasının (TCK) direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.





Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.


Tədris Terapevtik Klinikaya isə universitetin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.


Elnur
BakuPost




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar