Ru
10:12 / 01 Mart 2024

30 milyonluq avtomobil: Rolls-Royce Arcadia Droptail təqdim edildi

4310
Dəyəri 30 milyon dollardan çox olan Rolls-Royce Arcadia Droptail təqdim edildi.

Bakupost.az xəbər verir ki, Britaniyanın avtomobil nəhəngi Rolls-Royce yalnız 4 ədəd istehsal edəcəyi Droptail ailəsinin üçüncü üzvünü təqdim etdi.


Avtomobilin qiyməti rəsmi olaraq açıqlanmasa da, onun 30 milyon dollardan çox olduğu təxmin edilir.

Bu proqnozlar doğrudursa, Rolls-Royce Arcadia Droptail dünyanın ən bahalı avtomobili olacaq.

Avtomobilin daxili bəzəklərinin rəng seçimindən tutmuş daxili konsollara qədər hər yerdə ağacdan istifadə olunub.

Britaniya nəhənginin yeni sənət əsəri V12 mühərriki və 593 at gücünə malikdir. Hələlik avtomobillə bağlı başqa məlumat verilmir.




Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər