Ru
15:45 / 03 Sentyabr 2024

33 ildən sonra Bağdad səfirliyi yenidən açıldı

33 ildən sonra Bağdad səfirliyi yenidən açıldı
Eye

İsveçrə 33 ildən sonra İraqdakı Bağdad səfirliyini yenidən açıb.


Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyindən bildirilib.

Açıqlamada 1991-ci il Körfəz Müharibəsi səbəbiylə əvvəlki nümayəndəliyini bağladıqdan 33 il sonra İraqdakı səfirliyini bu gün yenidən açdığı bildirilib.


Bəyanatda Federal Şuranın Bağdad səfirliyini yenidən açmaqla İraqla ikitərəfli əlaqələri gücləndirmək və iqtisadi, təhlükəsizlik və miqrasiya mövzularında əməkdaşlığı dərinləşdirmək məqsədi daşıdığı qeyd olunur.

Həmçinin bu gün Avstriya, Fransa, İtaliya və Almaniya iləyanaşı, 50-dən çox ölkənin Bağdadda səfirlikləri olduğu qeyd olunub.

Vasif
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar