Ru
00:10 / 28 Mart 2024

39 Nobelçi dünya liderlərinə açıq məktub imzaladı

1950
Nobel mükafatçıları açıq məktubla dünya liderlərinə müraciət ediblər.

Bakupost.az "Qaynarinfo" -ya istinadla xəbər verir ki, müraciəti "T-invariant” portal dərc edib.

Məktubda deyilir ki, 2000-ci ildə hakimiyyətə gələndən sonra Putin sistemli şəkildə postsovet demokratik institutlarını məhv edib və keçmiş SSRİ ölkələrində münaqişələri qızışdırıb. Məktubu 39 laureat imzalayıb.

"Ukraynaya qarşı genişmiqyaslı təcavüz və Aleksey Navalnının qətli təhlükəni yeni səviyyəyə qaldırır, çünki Putin rejimi artıq insan hüquqlarının və beynəlxalq normaların pozulması ilə bağlı heç bir məhdudiyyət görmür.

20-ci əsrin dünya müharibələrinin dəhşətləri bizə xatırladır ki, bəşəriyyət yalnız demokratiya prinsiplərinə və beynəlxalq insan haqları hüququna riayət etdikdə özünü məhv etməkdən qaça bilər. Putin rejimi onları həyasızcasına tapdaladı. Totalitarizmin faciələri fərdin azadlığına və ləyaqətinə hörmət etməyə çağırır. Putin onları açıq şəkildə ələ salır. O, Rusiyanı dünyanın mövcudluğu üçün təhlükə yaradan, ən böyük nüvə arsenalına malik, həddindən artıq hərbiləşdirilmiş polis dövlətinə çevirib”.

Nobel mükafatçıları dünya liderlərini beş bəndi həyata keçirməyə çağırıblar.

•Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artırılsın;

•Rusiyada insan haqları və demokratik müxalifət dəstəklənsin;

•Demokratik və müharibə əleyhinə siyasi əqidələrinə görə repressiya riski altında olan və sığınmağa ehtiyacı olan Rusiya vətəndaşlarına dəstək gücləndirilsin;

•Rejimin dəyişməsində rolu kritik olan müstəqil Rusiya mediası da daxil olmaqla, Rusiyanın demokratik anti-Putin təşkilatları dəstəklənsin;

•Rusiyada Putinin qeyri-legitim hakimiyyəti tanınmasın.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər