Ru
11:02 / 27 Aprel 2024

Rusiyanın planı baş tutsa, ciddi təhlükə yaranacaq - Politoloq

1418
“Ukraynaya edilən hərbi yardımlar bir qədər gecikib. Vaxtında edilsəydi, vəziyyət bu qədər ağır olmazdı. İndi qarşıda çox çətin yay və payız döyüşləri var. Əgər sözügedən yardım edilməsəydi, Ukraynanın vəziyyəti daha da ağır olardı”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Fuad Çıraqov deyib.

O, Rusiyanın qarşıdakı aylarda böyük hücum planlarının oduğunu bildirib:

“Əslində bu yardımların Ukraynaya edilib-edilməyəcəyi sual altında idi. Nəhayət ki, bu yardım edildi. Hər halda bu silahlar Rusiyanın hücumunun qarşısını almağa imkan verəcək. Çünki Rusiya yay və payız ayları üçün qarşısına böyük planlar qoyub. O öz planlarını həyata keçirə bilsə, bütün Avropanın gələcəyi təhlükə altında olacaq”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər