Ru
10:49 / 27 Aprel 2024

Daha bir yola bitum dağıldı - VİDEO

2401
Bakının 8 Noyabr prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Bakupost.az -ın Oxu.az-a istinadən məlumatına görə, bitum maddəsini daşıyan “KamAZ” markalı avtomobilin yolda təkəri qırılıb və hadisə nəticəsində sözügedən maddə yola dağılıb.

Prospektdə sıxlıq yaranıb. Bundan başqa, avtomobilin qırılan təkəri də yolun ortasında qalıb. Bu da, sürücülər üçün əlavə problem yaradıb.

Qeyd edək ki, sözügedən ərazidə sürücülər üçün xəbərdarlıqla bağlı heç bir nişan qoyulmayıb.

Xatırladaq ki, 6 noyabr tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğıntəhlükəli bitum dağılmışdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər